AZ

"Redaktorlar və müğənnilər deputat ola bilməz" - Cəlaloğludan qalmaqallı açıqlama

"Yeni parlament yeni insanlardan təşkil olunmaldıır, millətə, dövlətə bağlı olan şəxslər mandat almalıdır".

Bakupost.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu "Azpost"a müsahibəsində deyib.

O qeyd edib ki, Rusiyanın, Azərbaycanı istəməyən digər dövlət və qüvvələrin təsiri altında olan şəxslərin Milli Məclisə buraxılması ənənəsinə son qoyulmalıdır:

"Korrupsionerlərin, iş adamlarının, yaradıcı şəxslərin, müğənnilərin parlamentə düşməsinin qarşısı alınmalıdır. Məsələn, redaktorlar, jurnalistlər namizəd olurlar. Necə ola bilər ki, “dördüncü hakimiyyətin” nümayəndəsi gedib qanunverici orqanda oturur?! Bu gün idmançılar, müğənnilər, jurnalistlər, qeyri-siyasilərin bir çoxu deputatlığa iddialıdır. Mən başa düşmürəm, parlament oyuncaqdır? Parlament siyasi müstəvidə formalaşmalıdır, siyasi çəkişmə meydanı olmalıdır".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
bakupost.az

8Mənbələr