EN

​"Kocaelispor"dan ayrılan Şeydayev yeni klubla anlaşdı

"Kocaelispor"un ötən mövsüm transfer etdiyi Ramil Şeydayev komandadan ayrılıb. Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şeydayev alacağı 140 min avronun yarısından imtina edib. Məlumata görə, "Kocaelispor" cinah zonasında futbolçuların çox olması və xərcin baha olması səbəbindən istedadlı futbolçu ilə yollarını ayırıb.

Ramil Şeydayev "Neftçi” ilə müqavilə imzalayacağı bildirilib.

Chosen
96
1
metbuat.az

10Sources