AZ

Ramil Şeydayev Azərbaycana qayıdır - Yeni klubu bəllidir

Türkiyənin "Kocaelispor" klubunun futbolçusu Ramil Şeydayev yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

Prosport.Az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

"Spor servisi"nin yazdığına görə, 28 yaşlı forvard “Neftçi”nin diqqət mərkəzindədir. Əgər hansısa qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə transfer rəsmən açıqlanacaq.

Qeyd edək ki, millinin futbolçusu ötən mövsüm Türkiyə təmsilçisinə transfer olunub. Ramil “Kocaelispor” forması ilə meydana çıxdığı 16 oyunda 1 qolla yadda qalıb.

Seçilən
94
12
prosport.az

10Mənbələr