AZ

Şeydayev “Kocaelispor”dan ayrıldı - Yeni klubu…

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Kocaelispor"dan ayrılıb.

AzxeberSport xəbər verir ki, bu barədə “Çagdaş Kocaeli” nəşri məlumat yayıb.

Xəbərdə bildirilib ki, 28 yaşlı hücumçu artıq dünən komandanın "Düzce Topuk Yaylası Tesisleri"ndəki məşq düşərgəsini tərk edib. 

Məlumata görə, Ramil "Neftçi ilə razılaşıb. Onun qarşıdakı günlərdə Bakı klubu ilə müqavilə imzalayacağı iddia olunub.

Qeyd edək ki, Ramil bu ilin əvvəlindən "Kocaelispor"da oynayırdı. 

Seçilən
90
2
azxebersport.az

10Mənbələr