AZ

Ramil Şeydayev “Neftçi” ilə anlaşdı – Türkiyə mətbuatı

Millimizin hücumçusu Ramil Şeydayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Neftçi” ilə anlaşıb.

Təcrübəli forvardın tezliklə rəsmi müqaviləyə imza atacağı bildirilib.

Qeyd edək ki, Ramil Şeydayev Kocaeli təmsilçisinə ötən mövsüm Tailandın “Buriram Yunayted” klubundan keçib. O, Azərbaycanda “Qarabağ” və “Sabah” komandalarının formasını geyinib.

Seçilən
118
12
msport.az

10Mənbələr