Bakı. Trend:
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.
Lakin gündüz ayrı-ayrı yerlərdə arabir yağış yağacağı,yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşəkçaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° olacaq. Atmosfertəzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubətgecə 60-65%, gündüz 45-50% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağışyağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysanxarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi bəziyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27°, gündüz 35-38°, bəzi yerlərdə40°, dağlarda gecə 11-16°, gündüz 20-25° olacaq.