EN

İranda prezident seçkilərinin ikinci turu başa çatıb

İranda prezident seçkilərinin ikinci turu başa çatıb

İranda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

"Səsvermə vaxtı sona çatdı, bu, seçki kampaniyasının sona çatdığını göstərir", - deyə o vurğulayıb.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilərə görə səsvermə üç dəfə uzadıldı, sonda yerli vaxtla saat 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatdı.

Prezident postu uğrunda mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan mübarizə aparır. Birinci turda onların heç biri 50%-dən çox səs toplaya bilməyib.

Mənbə: AZƏRTAC

Chosen
96
50
ilk.az

10Sources