AZ

Pezeşkianın andiçmə mərasimi nə vaxt olacaq?

İran parlamenti bu həftə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın inauqurasiyasını keçirə bilər.

Olaylar xəbər verir ki, bu sözləri iranlı deputat Əkbər Rəncbərzadə deyib.

O əlavə edib ki, qanunvericilik və icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, xarici qonaqlar dəvət olunacaq.

Qeyd edək ki, ötən gün İranda baş tutan prezident seçkilərinin ikinci turunda azərbaycanlı namizəd, islahatçı Məsud Pezeşkian rəqibi, mühafizəkar Səid Cəlilinin məğlub edərək, prezident seçilib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
olaylar.az

10Mənbələr