AZ

Pezeşkian prezident seçkilərində qalib gəlir - YENİLƏNİB

Seçkilərin ilkin nəticələrinə əsasən, islahatçı Məsud Pezeşkian İranın növbəti prezidenti olacaq. SİA xəbər verir ki, bu barədə ölkənin “Tehran Times” qəzeti bülletenlərin sayılması ilə bağlı qeyri-rəsmi məlumatlara istinadən yazıb.

İranda prezident seçkilərinin ikinci turunda islahatçı Məsud Pezeşkian 17 milyon səslə qalib gəlib. 14 milyon seçici onun rəqibi mühafizəkar Səid Cəliliyə səs verib.

Nəşrin məlumatına görə, ikinci turda seçici fəallığı təxminən 50 % təşkil edib - İranda qeydə alınmış 61 milyon seçicidən 30 milyondan çox insan səs verib. Prezident seçkilərinin birinci turunda seçici fəallığı təxminən 40 % təşkil edib ki, bu da islam respublikası tarixində ən aşağı göstəricidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
sia.az

10Mənbələr