EN

Futbol"Mançester Siti"nin üzvü karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

Braziliya millisinin və İngiltərənin "Mançester Siti " klubunun qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun da şərəfini qoruduğu "Əl-Nəsr" klubu dəri əlcək sahibinə təklif göndərib.

Qeyd edək ki, Edersonun "şəhərlilər"lə müqaviləsi 2026-cı ildə başa çatacaq. O, ötən mövsüm "Mançester Siti"nin heyətində 43 oyunda meydana çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
21
far.az

10Sources