AZ

Kevin De Bruyne "Mançester Siti"ni bu kluba dəyişir

Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne yay "transfer pəncərəsi"ndə "Mançester Siti"ni tərk etməyə yaxındı. Sport24az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə şifahi razılığa gəlib.
 
Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondunun və "Əl-İttihad"ın nümayəndələrinin De Bruyne ilə əlaqə saxladığı qeyd edilir. Belçikalı yarımmüdafiəçi transferə razılıq verib. İndi "Mançester Siti" və "Əl-İttihad" arasında danışıqlar gözlənilir. Premyer Liqa nəhəngi də De Bruyneni buraxmağa hazırdır.
 
Qeyd edək ki, belçikalı futbolçu "Mançester Siti"nin heyətində 9 mövsüm keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
21
sport24.az

10Mənbələr