AZ

“Mançester Siti” Edersona əvəzləyici tapıb

"Real Madrid"in qapıçısı Andrey Lunin İngiltərə Premyer Liqasına keçə bilər.

90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, "Mançester Siti" Madrid klubunda əla mövsüm keçirən 25 yaşlı qolkiperə nəzərdən keçirir.

Bildirilir ki, "şəhərlilər" Ederson Moraesin yerinə qapıçı axtarırlar, çünki braziliyalı Səudiyyə Ərəbistanına köçmək üçün danışıqlar aparır.

2023/24 mövsümündə Lunin bütün turnirlərdə 31 matçda meydana çıxıb, bunun 12-də qapını təmiz saxlaya bilib. Luninin "Real"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, qolkiperin dəyəri 25 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
21
90deqiqe.az

10Mənbələr