AZ

"Mançester Siti" Edersona qiymət qoydu

"Mançester Siti" Səudiyyə Ərəbistanına keçməyə qarşı olmayan qapıçısı Ederson Moraesi hansı məbləğə satmağa hazır olacağına qərar verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O “Mançester Siti”nin Edersonla 35 milyon avro təzminat qarşılığında ayrılmağa hazır olacağını qeyd edib. Hələlik maraqlanan klublardan heç biri “şəhərlilər”ə maddi ehtiyaclarını ödəyəcək təkliflə çıxış etməyib.

Daha əvvəl bildirilmişdi ki, Ederson getsə, “Mançester Siti” yeni bir nömrə axtarmayacaq. Baş məşqçi Pep Qvardiola son iki mövsümdə braziliyalının ehtiyat oyunçusu olan Stefan Orteqaya güvənməyi planlaşdırır.

Xatırladaq ki, "Əl-Nəsr" braziliyalıya illik 30 milyon avro maaş təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
21
90deqiqe.az

10Mənbələr