Biləsuvarda "TIR" yanır.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar rayonu ərazisində baş verib.
Hərəkətdə olan ağır tonajlı yük maşını anidən yanmağa başlayıb.
Hazırda Yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Avtomobilin söndürülməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu