EN

AÇ-2024: İngiltərə Slovakiyaya, İspaniya Gürcüstana qarşı

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, pley-offun ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Əvvəlcə İngiltərə və Slovakiya yığmaları üz-üzə gələcəklər. Gelzenkirxen şəhərində təşkil olunacaq bu görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Günün digər oyunu Avropa çempionatının əsas favoritlərindən sayılan İspaniya yığması ilə Gürcüstan millisi arasında baş tutacaq. Köln şəhərindəki görüşə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, daha öncə İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

AÇ-2024
1/8 final
29 iyun

20:00. İngiltərə – Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Gelzenkirxen. “Veltins Arena”.

23:00. İspaniya – Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln. “Reyn Energi” stadionu.

Chosen
101
1
arena.az

10Sources