Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

Əvvəlcə İngiltərə və Slovakiya yığmaları üz-üzə gəlib və görüş Qaret Sautqeytin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Günün digər oyunu İspaniya və Gürcüstan arasında baş tutub. Bu oyunda ispanlar 4:1 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb. 

AÇ-2024
1/8 final

29 iyun

20:00. İngiltərə – Slovakiya 2:1
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Gelzenkirxen. “Veltins Arena”.

23:00. İspaniya – Gürcüstan 4:1
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln. “Reyn Energi” stadionu.