AZ

AÇ-2024: İngiltərə millisi əzmkar qələbə ilə 1/4 finalda

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) 1/8 final mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, pley-offun ikinci oyun günündə ilk qarşılaşması Gelzenkirxen şəhərində baş tutub.

Burada Avropa çempionatının əsas favoritlərindən sayılan İngiltərə millisi Slovakiya yığması ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 20:00-da başlamış oyunda hesabı slovaklar açıblar. Bu hesab oyunun sonlarına kimi dəyişməz qalıb. Lakin hər kəs ingilislərin mübarizəni dayandıracağını gözlədiyi bir vaxtda Cud Bellingem səhnəyə çıxaraq hesabı bərabərləşdirib. Bu üzdən də oyun əlavə vaxta gedib. Əlavə vaxt başlayan kimi daha bir qol vuran ingilislər üstünlüklərini sonadək qoruyublar və əzmkar qələbə sayəsində 1/4 finala yüksəliblər.

Günün digər oyunu Avropa çempionatının digər favoriti İspaniya yığması ilə Gürcüstan millisi arasında baş tutacaq. Köln şəhərindəki görüşə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, daha öncə İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

AÇ-2024
1/8 final
29 iyun

İngiltərə – Slovakiya 2:1
Qollar: Cud Bellingem, 90+5. Harri Keyn, 91 – İvan Şrants, 25.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Gelzenkirxen. “Veltins Arena”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
14
arena.az

10Mənbələr