EN

İranda səsvermə müddəti uzadılıb

İranda 14-cü prezident seçkilərində saat 18.00-da başa çatması nəzərdə tutulan səsvermə müddəti saat 20.00-a qədər uzadılıb. İranın seçki qanunlarına görə, lazım gələrsə, səsvermə saat 24:00-a qədər uzadıla bilər.

İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Seçki Şurasının Mərkəzi sözçüsü Muhsin İslami səsvermə müddəti ilə bağlı açıqlama verib.

İslami yerli vaxtla saat 08.00-da başlayan və 18.00-da başa çatması gözlənilən səsvermə müddətinin Seçki Qurum Mərkəzinin qərarı ilə saat 20.00-a qədər uzadıldığını bildirib.

Səs vermək istəyən seçicilər seçki məntəqələrində iştirak etməyə davam edərlərsə, zərurət yaranarsa, Seçki Şurası Mərkəzi bu müddəti yenidən uza bilər.

İranın seçki qanunlarına görə, səsvermə müddətinin uzadılması gecə saat 24:00-a qədər davam edə bilər, lakin bu saatdan sonra müddəti yenidən uzatmaq olmaz.

62 milyon seçici səs verir

İranda 62 milyon seçici üçün 59 mindən çox mərkəzdə yaradılmış seçki qutularında səsvermə davam edir.

Chosen
37
1
kommersant.az

10Sources