EN

İranda prezident seçkilərinin vaxtı uzadılıb

Bakı. Trend:

İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtlasaat 20:00-dək uzadılıb.

Trend-in məlumatına görə, bunu İran DİN yanında SeçkiQərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, seçicilərin seçkini rəğbətlə qarşıladığınagörə seçkilərin vaxtı iki saat artırılıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərikeçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib.Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımihesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, MustafaPurməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabətaparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

Məqalədə:
Chosen
42
6
az.trend.az

10Sources