Seçki Qərargahının açıqladığı cədvələ əsasən, bu gün İranda prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasının son günüdür.
Yenisabah.az Fars-a istinadla xəbər verir ki, namizədlərin reklam imkanı sabah, Cümə axşamı səhər saat 8:00-da, yəni səsvermənin başlanmasına 24 saat qalmış başa çatacaq.
Seçki Qərargahının sözçüsü Möhsün Eslaminin sözlərinə görə, ölkədəki seçki məntəqələrinin ümumi sayı 58 640-dır.
Xaricdə səsvermə üçün 344 seçki məntəqəsi nəzərdə tutulub.
Eslami səsvermənin yalnız kağız daşıyıcıları ilə aparılacağını, lakin autentifikasiyanın keçmişdə olduğu kimi elektron olacağını vurğulayıb. Klinikalar
Telegram kanalımız