EN

Bakıda yaşayış binasında liftin trosu qırıldı: xəsarət alanlar var

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb.

Bu barədə Day.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

Chosen
128
49
day.az

10Sources