EN

Mahaçqala hücumunda rayon başçısının iki oğlu İŞTİRAK EDİB

Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə "Mash" telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, oğlu hücumunda iştirak edən Maqomed Ömərov istefa məktubu yazıb.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib. Məlumata görə, 6 polis ölüb, 12-si yaralanıb. Dərbənddə keşiş qətlə yetirilib, Mahaçqalada kilsə mühafizəçisi öldürülüb, o cümlədən sinaqoq yandırılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
6
musavat.com

10Sources