AZ

Mahaçqala terrorunda rayon başçısının iki oğlu da İŞTİRAK EDİB – ŞOK DETALLAR

Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı terrorda iştirak edib.

Tribunainfo.az “Mash” telegram kanalına istinadən xəbər verir ki, öldürülmüş iki terrorçunun atası Maqomed Ömərov saxlanılıb.

Hazırda onun Serqakola kəndindəki evində axtarış aparılır.

Oraya xüsusi təyinatlılar gəlib. Onun getdiyi məsciddə də axtarış aparırlar.

Məlumata görə, Maqomed Ömərovun 10 oğlu var.

***

 

Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, qardaşların ikisi də zərərsizləşdiriliblər.

Məlumata görə, oğlu hücumda iştirak edən Maqomed Ömərov istefa məktubu yazıb.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib. Son məlumata görə, törədilən terror aktları zamanı 7 polis əməkdaşı və iki mülki şəxs həlak olub. Daha 25 nəfər yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
tribunainfo.az

10Mənbələr