AZ

Dərbənddə kilsədə keşiş öldürüldü - Rayon rəhbəri saxlanıldı + FOTO

Dağıstanın (Rusiya) Serqokalinski rayonunun rəhbəri Maqomed Omarov saxlanılıb.

Bu barədə təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat verilir.

Bundan əvvəl mediada onun iki oğlunun Mahaçqaladakı hücumda iştirak etdiyi barədə məlumat yayılmışdı. İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı həlak olanlar məhz Osman və Adil Omarovlardır. Bundan sonra rayon rəhbərinin istefa verdiyi qeyd olunub.

Daha əvvəl mənbəyə istinadən xəbər verilmişdi ki, Dərbənddə iki pravoslav kilsəsi və sinaqoqa hücum edən, həmçinin Mahaçqalada yol polisi postunu atəşə tutan silahlıların beynəlxalq terror təşkilatı ilə əlaqəsi ola bilər.

Həmçinin mənbələrin bildirdiyinə görə, Mahaçqaladakı kilsədə girov götürülməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Onların sözlərinə görə, şəhərdə təhlükəsizlik qüvvələrinin işi davam edir. Dağıstanın Daxili İşlər Nazirliyi 19 nəfərin öz təhlükəsizliyi üçün kilsəyə girdiyini bildirib.

Eyni zamanda, hücumu zamanı keşiş Nikolay Kotelnikovun da öldürüldüyü bildirilir. Həmçinin kilsə mühafizəçisi də qətlə yetirilib.

Bu barədə Dağıstan İctimai Palatasının üzvü Şamil Xadulayev məlumat verib.

Milli Antiterror Komitəsi (MTK) Dağıstanda baş verən hücumlar nəticəsində bir keşişin öldürüldüyünü təsdiqləyib.

"Mənə çatan məlumata görə, Nikolay ata Dərbənddə kilsədə öldürülüb, boğazı kəsilib. Onun 66 yaşı var idi və çox xəstə idi", - deyə Xadulayev yazıb.

"Digər keşişlər kilsədə kömək gözləyirlər", - o əlavə edib.

Rus Pravoslav Kilsəsinin Cəmiyyət və Media ilə Əlaqələri Sinodal Şöbəsinin rəhbəri Vladimir Leqoyda yaşlı protoirey Nikolay Kotelnikovun vəhşicəsinə öldürüldüyünü təsdiqləyib. O, 40 ildən çox din xadimi olub.

Mənbə: iz.ru, RBC

Seçilən
179
2
azpolitika.info

10Mənbələr