AZ

Dağıstanda terror aktı: ölənlər və yaralılar var

Dağıstanda

Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

Reyting.az
Dağıstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, təxminən saat 18:00-da Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni atəşə tutmaqda şübhəli şəxslərlərin qaçdığı avtomobil müəyyən edilib.

Hazırda sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.

Dağıstanın ictimai monitorinq komissiyasının sədr müavini Şamil Xadulayev bildirib ki, pravoslav kilsəsinə qarşı edilən hücum zamanı keşiş və mühafizəçi öldürülüb.

Mahaçqala və Dərbənddə baş verən atışmadan sonra Dağıstanda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd edilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
4
reyting.az

10Mənbələr