EN

Sabirabadda dəhşətli hadisə - 6 nəfər yaralı var

Sabirabadda qəza olub, 6 nəfər xəsarət alıb

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Surra kəndi ərazisində qeydə alınıb.

 

“Qazel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 6 nəfərdən 2-nin vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
28
modern.az

10Sources