AZ

Türkiyədə polis məmuru evində ölü tapıldı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Mühafizə İdarəsində çalışan polis əməkdaşı Şükrü Alantor (40yaş) evində ölü tapılıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Belə ki, Alantordan xəbər gəlməyincə polis qrupları Alantorun evinə gedib. 

Hadisə yerinə gələn qruplar tərəfindən aparılan araşdırma nəticəsində Alantor xidməti silahı ilə birlikdə evinin qonaq otağında ölü tapılıb.

Digər tərəfdən Alantorun 2012-ci ildə evləndiyi, 2013-cü ildə boşandığı və övladı olmadığı öyrənilib.

Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində müəyyənləşəcək.

Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
28
azxeber.com

10Mənbələr