AZ

Yaralı polis öldü

Ötən gecə Dağıstanda törədilən terror aktlarında yaralanan daha bir polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Dağıstanın Dərbənd bələdiyyəsinin başçısının Telegram-kanalında müvafiq açıqlama verilib.

 

“Bu gün biz əsl qəhrəmanı – Aqlobi kəndindən olan, parlaq xatirəsi çoxlarının qəlbində yaşayacaq Nəriman İmranoviç Nəsrullayevi xatırlayırıq”, - deyə telekanal bildirir.

 

Nəsrullayevin mülki şəxslərin müdafiəsində dayanaraq, onların təhlükəsizliyi üçün özünü qurban verməyə hazır olduğu qeyd edilir.

 

Ölən şəxsin 24 yaşı olub.

 

İyunun 23-də terrorçular Dərbənddə kilsə və sinaqoqu avtomatdan atəşə tutublar. Hücum edənlər avtomobillə hadisə yerindən qaçıblar.

 

Silahlı cinayətkarlar Mahaçqalanın Ermoşkina küçəsində yerləşən yol polisi postunu da atəşə tutublar. 

Respublika Müftiliyinin Telegram kanalında xəbər verildiyi kimi, Dağıstanda silahlıların hücumu nəticəsində bir kilsə keşişi və sinaqoqun mühafizəçisi həlak olub. Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, respublikada törədilən terror aktları nəticəsində 15 polis həlak olub. Ümumilikdə, Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, 20 nəfər terror aktlarının qurbanı olub, daha 46 nəfər yaralanıb.

 

 

Dağıstanda 24, 25 və 26 iyun matəm günləri elan edilib.
 

 

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
28
oxu24.com

10Mənbələr