Sabirabadda qəza olub, 6 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Surra kəndi ərazisində baş verib.

“Qazel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 6 nəfərdən 2-nin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info