Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, çexiyalı hücumçu Patrik Şik 59-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.
18:07
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, hazırda Gürcüstan yığması hesabda öndədir - 1:0.
Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
17:50
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.
Jorj Mikautadze penaltini dəqiq yerinə yetirib.