AZ

FutbolAVRO-2024: Gürcüstan - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİB - 3

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci qol vurulub.

"Far.Az" xəbər verir ki, çexiyalı hücumçu Patrik Şik 59-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.

18:07

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci hissə başlayıb.

"Far.Az" xəbər verir ki, hazırda Gürcüstan yığması hesabda öndədir - 1:0.

Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

17:50

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda hesab açılıb.

"Far.Az"un məlumatına görə, 45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.

Jorj Mikautadze penaltini dəqiq yerinə yetirib.

Matçın ilk hissəsi bu hesabla başa çatıb.

17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

"Far.Az"un məlumatına görə, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Matçı almaniyalı Daniel Zibert idarə edir.

Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
18
far.az

10Mənbələr