EN

Portuqaliyaya xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Portuqaliyaya 225,4 milyon ABŞ dolları dəyərində 349,8 min ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində təqribən 3,6 dəfə və ya 162,5 milyon dollar, həcm baxımından isə 3,7 dəfə və ya 256,8 min ton üstələyir.

Təkcə cari ilin may ayında bu ölkəyə 107,9 milyon dollar dəyərində 159,7 min ton xam neft məhsulları ixrac edilib ki, bu da aprel ayı ilə müqayisədə dəyər ifadəsində 8,1 dəfə və ya 94,6 milyon dollar, həcm olaraq isə 8 dəfə və ya 139,7 min ton çoxdur.

Qeyd edək ki, cari ilin ilk 5 ayı ərzində ölkədən ümumilikdə 6,25 milyard dollar dəyərində 9,86 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Portuqaliya 7-ci yerdə qərarlaşıb və ixrac həcminin 3,54 faizi məhz bu ölkənin payına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
50
vergiler.az

10Sources