AZ

İran neft ixracı kəskin artdı: 5 ilin maksimumu...

İrandan xam neft və qaz kondensatının ixracı may ayında günlük 1,7 milyon barelə yüksəlib və 2019-cu ilin mayında ABŞ-ın tam sanksiyalarının tətbiqindən bəri son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “İrantoday” məlumat yayıb.

İranın gömrük statistikasına əsasən, cari maliyyə ilinin (martın 21-də başlayan) ilk üç ayı ərzində neft gəlirləri 34,8% artaraq 12 milyard dollara çatıb.

Kpler analitik şirkətinin məlumatına görə, İran 2023-cü ilin yazında gündə 1,194 milyon barel xam neft və qaz kondensatı ixrac edib.

2024-cü ilin ikinci rübündə ölkənin neft ixracı 30% artıb, eyni zamanda beynəlxalq bazarlarda neftin qiymətləri də dövr ərzində təxminən 7% artıb.

Seçilən
97
1
axar.az

10Mənbələr