AZ

Azərbaycan ən çox hansı ölkələrə xam neft və neft məhsulları satır? - TOP 5

Bu ilin ilk 5 ayında Azərbaycan xarici ölkələrə 9 milyon 869 min 672 ton miqdarında, 6 milyard 258 milyon 631 min ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft vә xam neft mәhsulları satıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xaricə satılan bitumlu süxurlardan alınmış xam neft vә xam neft mәhsullarının ən böyük hissəsi İtaliyaya satılıb. Belə ki, bu dövr ərzində İtaliyaya satılmış xam neft vә xam neft mәhsullarının midarı 3 milyon 947 min 343 ton, dəyəri isə 2 milyard 520 milyon 145 min ABŞ dolları olub.

Azərbaycanın xam neft vә xam neft mәhsulları ixracında ikinci ən böyük yeri İsrail tutub. Bu dövr ərzində İsrailə bir milyon 444 min 917 ton miqdarında, 903 milyon 392 min ABŞ dolları dəyərində xam neft vә xam neft mәhsulları satılıb.

Azərbaycanın xam neft vә xam neft mәhsulları ixrac etdiyi üçüncü ölkə Hindistan olub. Cari ilin yanvar-may aylarında Hindistana 891 min 896 ton miqdarında, 567 milyon 774 min ABŞ dolları dəyərində xam neft vә xam neft mәhsulları satılıb.

Azərbaycanın xam neft vә xam neft mәhsulları ixrac etdiyi ölkələrin sırasında dördüncü yerdə 535 min 293 ton miqdarı, 348 milyon 419 min ABŞ dolları dəyəri ilə Çexiya dayanıb.

2024-cü ilin ilk 5 ayında Azərbaycan Almaniyaya 440 min 731 ton miqdarında, 293 milyon 886 min ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft vә xam neft mәhsulları satıb. Almaniya Azərbaycandan ən çox xam neft və neft məhsulları alan beşinci ölkə olub.

Əvəz Həsənov

Seçilən
98
50
valyuta.az

10Mənbələr