EN

İranda seçki yarışı: İki namizəd önə çıxdı

İranda keçirilən ictimai rəy sorğusunda Səid Cəlili 26,2 faiz səslə prezidentlik yarışında birinci, Məsud Pezeşkiyan isə 19,8 faizlə ikinci olub.

AZXEBER.COM xəbər verir ki, İbrahim Rəisinin vertolyotunun qəzaya uğraması və dünyasını dəyişməsindən sonra İran yeni prezidentini iyunun 28-də seçəcək.

İyunun 28-də keçiriləcək seçkilər öncəsi İran Tələbələri Araşdırma Agentliyi (ISPA) 18-19 iyun tarixlərində keçiriləcək prezident seçkiləri ilə bağlı ölkə daxilində keçirdiyi üzbəüz sorğunun nəticələrini paylaşıb.

Səs verəcəyini deyənlərin 27,4 faizi hansı namizədi dəstəkləyəcəklərinə hələ qərar vermədiyini, 1,6 faizi boş səs verəcəyini, 0,5 faizi isə səs vermək niyyətində olduqları namizədin adını açıqlamaq istəmədiyini bildirib. 

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
50
azxeber.com

10Sources