Göstərdiyimiz oyunla sübut etdik ki, Avropa çempionatlarında iştirak etməyə layiqik.
Ednews xəbər verir ki, bunu Sloveniya millisinin baş məşqçisi Matyas Kek Serbiyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.
62 yaşlı çalışdırıcı yığmasının daha yaxşı yerlərə layiq olduğunu söyləyib: "Göstərdiyimiz oyunla sübut etdik ki, Avropa çempionatlarında iştirak etməyə layiqik. Cəsarətli və dürüst oyun oynadıq. Məncə bu yığma daha yaxşı yerlərə gələcək".
Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunun matçında Sloveniya Serbiya yığması ilə heç-heçə edib - 1:1.