AZ

Slovakiya millisinin baş məşqçisi məğlubiyyəti şərh etdi

Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Ukrayna ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında açıqlama verib. Matc.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı qarşılaşmanın çətin keçdiyini söyləyib. "Çətin qarşılaşma oldu. Razı qaldığım məqamlar oldu, amma hər zaman yox. Ümumilikdə futbolçularımdan razıyam. İlk hissədə çox yaxşı təsir bağışladıq, ikinci hissə arzuladığımız kimi olmadı. Rəqiblərimiz yüksək səviyyəli komandalardır. FIFA reytinqində Ukrayna bizdən 20 pillə irəlidədir". Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün E qrupunun matçında Slovakiya Ukrayna yığmasına məğlub olub - 1:2.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
matc.az

10Mənbələr