AZ

Slovakiya millisinin baş məşqçisi: İkinci hissə arzuladığımız kimi olmadı

İkinci hissə arzuladığımız kimi olmadı.

“İki sahil” xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kaliçona Ukrayna ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

55 yaşlı çalışdırıcı qarşılaşmanın çətin keçdiyini söyləyib: "Çətin qarşılaşma oldu. Razı qaldığım məqamlar oldu, amma hər zaman yox. Ümumilikdə futbolçularımdan razıyam. İlk hissə çox yaxşı təsir bağışladıq, ikinci hissə arzuladığımız kimi olmadı. Rəqiblərimiz yüksək səviyyəli komandalardır. FİFA reytinqində Ukrayna bizdən 20 pillə irəlidədir".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün E qrupunun matçında Slovakiya Ukrayna yığmasına məğlub olub - 1:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
ikisahil.az

10Mənbələr