AZ

“Bu dəfə fərqli komanda kimi mübarizə apardıq”

“Ukraynanın əsl gücünü göstərdik”. Bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Slovakiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis qələbə qazandıqları üçün sevincli olduğunu söyləyib: “İlk oyunumuzda məğlub olmuşduq. Bu dəfə fərqli komanda kimi mübarizə apardıq. Ukraynanın əsl gücünü göstərdik. Artıq 3 xalımız var. Növbəti oyun barədə düşünürük, 1/8 finala yüksəlmək istəyirik”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün E qrupunun matçında Ukrayna Slovakiya yığmasına qalib gəlib – 2:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
futbolinfo.az

10Mənbələr