Avropa İttifaqı (Aİ) ölkələrinin başçıları Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin edilməsi barədə razılığa gələ bilməyiblər.
Publika.az xəbər verir ki, bunu Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra Aİ Şurasının Prezidenti Şarl Mişel bildirib.
O əlavə edib ki, liderlər Aİ-nin gələcəyi ilə bağlı fikirlərini bölüşən fon der Lyayeni dinləyiblər.
“Bu gün hər hansı razılaşma baş tutmadı”, - deyə Mişel vurğulayıb.