AZ

Aİ liderləri Ursula fon der Lyayenlə bağlı razılığa gələ bilmədilər

Avropa İttifaqı (Aİ) ölkələrinin başçıları Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin edilməsi barədə razılığa gələ bilməyiblər.

Publika.az xəbər verir ki, bunu Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra Aİ Şurasının Prezidenti Şarl Mişel bildirib.

O əlavə edib ki, liderlər Aİ-nin gələcəyi ilə bağlı fikirlərini bölüşən fon der Lyayeni dinləyiblər.

“Bu gün hər hansı razılaşma baş tutmadı”, - deyə Mişel vurğulayıb.

Seçilən
166
17
publika.az

10Mənbələr