AZ

Aİ fon der Leyenin AK rəhbəri postuna namizədliyini dəstəkləyəcək

Aİ fon der Leyenin AK rəhbəri postuna namizədliyini dəstəkləyəcək




Avropa İttifaqı ölkələrinin liderləri Avropa Komissiyasının (AK) rəhbəri vəzifəsinə Ursula fon der Leyenin namizədliyini dəstəkləyəcəklər. Bu barədə “Financial Times” (FT) qəzeti bir sıra diplomatlara və rəsmilərə istinadən yazır.“Aİ liderləri bazar ertəsi axşam Ursula fon der Leyenin ikinci beşillik müddətinə Avropa Komissiyasının sədri olmasının lehinə çıxış etməyi planlaşdırır”, – nəşr bildirib.Nəşrin məlumatına görə, görüş iyunun 27-28-də keçiriləcək rəsmi sammitin müqəddiməsi olacaq və bu görüşdə Avropa Komissiyasının yeni rəhbəri ilə bağlı yekun razılıq əldə edilməlidir.65 yaşlı Von der Leyen 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edir və təşkilata rəhbərlik edən ilk qadındır.Mənbə: Haber Global

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
17
patrul.az

10Mənbələr