EN

Şəhriyar Məmmədyarovdan 8 heç-heçə ilə 8-ci yer

Daşkənddə şahmat üzrə Masters turniri başa çatıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son turu yarım xalla başa vurub.

Həmyerlimiz rumıniyalı Rihard Rapportla heç-heçə oynayıb. 9 görüşündən 8-də heç-heçə edib, 1-də uduzan Məmmədyarov turniri 4 xalla 10 şahmatçı arasında 8-ci bitirib.

Hərəyə 5 xal yarım toplayan şahmatçılardan özbəkistanlı Nodirbek Yakubboyev 1-ci, onun həmyerlisi Nodirbek Abdusattarov 2-ci olub.

9-cu tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Rihard Rapport (Rumıniya) - 0,5:0,5
Nodirbek Abdusattarov (Özbəkistan) - Aleksey Sarana (Serbiya) – 0,5:0,5
Parham Maqsudlu (İran) - Vidiş Santoş Qujarati (Hindistan) – 0:1
Nodirbek Yakubboyev (Özbəkistan) - Yu Yanqyi (Çin) – 0,5:0,5
Javoxir Sindarov (Özbəkistan) - Aleksandr Qrişuk (FİDE) - 0,5:0,5

İdman.biz

Chosen
70
1
idman.biz

10Sources