AZ

Məmmədyarov 10 şahmatçı arasında 8-ci oldu

Daşkənddə şahmat üzrə “Masters” turniri başa çatıb. Matc.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son turu yarım xalla başa vurub. Həmyerlimiz rumıniyalı Rihard Rapportla heç-heçə oynayıb. 9 görüşündən 8-də heç-heçə edib, 1-də uduzan Məmmədyarov turniri 4 xalla 10 şahmatçı arasında 8-ci bitirib. Hərəyə 5 xal yarım toplayan şahmatçılardan özbəkistanlı Nodirbek Yakubboyev 1-ci, onun həmyerlisi Nodirbek Abdusattarov 2-ci olub.      

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
matc.az

10Mənbələr