AZ

Şəhriyardan növbəti heç-heçə etdi

Daşkənddə şahmat üzrə Masters turnirində 7-ci turun görüşləri keçirilib.

Apasport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 6-cı dəfə heç-heçə oynayıb.

Həmyerlimiz rusiyalı Andrey Qrişuk xalları yarıya bölüb. Hesabında 3 xal olan Şəhriyar 7-ci pillədəki mövqeyi dəyişməyib. Lider mövqeyində qərarlaşan Nodirbek Yakubboyev və Nodirbek Abdusattarov 4,5 xal toplayıb.

Turnir 9 turdan ibarət olacaq.

7-ci tur

Vidiş Santoş Qujarati (Hindistan) – Aleksey Sarana (Serbiya) – 0,5:0,5

Nodirbek Abdusattarov (Özbəkistan) – Rixard Rapport (Macarıstan) – 0,5:0,5

Nodirbek Yakubboyev (Özbəkistan) – Javoxir Sindarov (Özbəkistan) – 0,5:0,5

Parham Maqsudlu (İran) – Yu Yanqyi (Çin) – 0:1

Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk (FİDE) – 0,5:0,5

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
8
apasport.az

10Mənbələr