Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib.
"İnanıram ki, Rusiya Ukraynadakı münaqişəyə faktiki son qoyula biləcək variant təklif edir. Addım-addım Ukrayna və Avropa ilə etimadı yenidən bərpa edəcəyik", - Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.
Dövlət başçısı vurğulayıb ki, Rusiya və onun KTMT, ŞƏT-dəki tərəfdaşları, eləcə də Qərb dövlətləri dialoqa hazırdır.
"Rusiya qlobal sabitlik üçün öz məsuliyyətini dərk edir və qlobal təhlükəsizlik məsələlərinin bütün spektri üzrə danışıqlar aparmağa hazır olduğunu təsdiqləyir", - Rusiya lideri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31