AZ

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqladı

“Rusiya bu gün Kiyevə daha bir konkret, real sülh təklifi ilə çıxış edir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Xarici İşlər Nazirliyində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın yeni təklifi münaqişənin dondurulmasını deyil, onun tamamilə həllini nəzərdə tutur:

“Bizim təklifimizin mahiyyəti Qərbin istədiyi kimi müvəqqəti barışıq və yaxud atəşkəs deyil. Bir daha qeyd edirəm, burada söhbət münaqişənin tamamilə başa çatdırılmasından gedir. Bu təkliflərə, həmçinin Rusiyaya qarşı bütün Qərb sanksiyalarının ləğv edilməsi, beynəlxalq müqavilələrdə Krım, Sevastopol, DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin statusunun Rusiya regionları kimi qeyd olunması da daxildir. Sözsüz ki, Ukraynada rusdilli vətəndaşların hüquq, azadlıq və maraqları da tam şəkildə təmin edilməlidir”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
32
qafqazinfo.az

10Mənbələr