AZ

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqladı –ZELENSKİNİN VƏ HAVADARLARININ CAVABI NƏ OLACAQ?

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb.

 

Senzor.az bildirir ki, Prezident bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə bugünkü görüşündə danışıb.

 

“Ukrayna qoşunları DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxarılmalıdır. Bu həyata keçirildikdə və Kiyev NATO-ya daxil olmaq planlarından rəsmən imtina etdikdə, biz dərhal atəşkəs əmrini verəcəyik və danışıqlara başlayacağıq. Biz Ukrayna bölmələrinin və birləşmələrinin təhlükəsiz çıxarılmasına zəmanət veririk”, - deyə Rusiya lideri vurğulayıb.

 

O, əmin edib ki, Rusiya istər günü sabah da Ukrayna üzrə danışıqlar masasına oturmağa hazırdır. Putinin sözlərinə görə, bu, münaqişənin dondurulması deyil, onun yekun şəkildə başa çatdırılması ilə bağlı təkliflərdir.

 

O, İsveçrədə Ukrayna ilə bağlı konfransı “müzakirəni yanlış yola salmaq” və “Kiyev hakimiyyətinin legitimliyini” göstərmək üçün hazırlanmış hiylə adlandırıb. V.Putin vurğulayıb ki, Rusiyanın iştirakı və “dürüst dialoq” olmadan sülh yolu ilə nizamlanmaya nail olmaq mümkün deyil.

 

Kreml rəhbəri bildirib ki, bu gün Rusiya “daha bir real sülh təklifi” ilə çıxış edir, lakin Qərb və Kiyev bundan imtina edərlərsə, bu, “qan tökülməsinə görə” onların məsuliyyətidir.

 

Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
32
senzor.az

10Mənbələr