AZ

Bu ölkə Rusiyanın NATO-ya mümkün hücumunun vaxtını AÇIQLADI

Rusiya 2029-cu ildə NATO üzvü olan ölkələrdən birinə hücum edə bilər.


Sfera.az xəbər verir ki, bu fikri Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius deyib. Onun sözlərini Amerikanın “The Washington Post” qəzeti yayımlayıb.
 

Nazir mətbuat konfransında “Rusiya Federasiyası 2029-cu ildən NATO ölkəsinə hərbi hücum həyata keçirə biləcək” deyə xəbərdarlıq edib.

"Beynəlxalq hərbi ekspertlərin qiymətləndirmələrinə əsaslanaraq, belə bir ehtimal alman ordusunu gücləndirməyə vadar edir",- idarə rəisi izah edib.
 

O, həmçinin alman ordusunun sıralarına daha çox kişi cəlb etmək də daxil olmaqla, Bundesver üçün yeni müdafiə strategiyasının təqdimatını keçirib.


Bundan bir qədər əvvəl Pistorius bəyan etmişdi ki, Almaniya 2029-cu ilə qədər müharibəyə hazır olmalıdır. Nazir hesab edir ki, Rusiya çoxdan müharibə iqtisadiyyatına keçib və silahlanmağa davam edir, ona görə də Rusiya prezidenti Vladimir Putinin “bu qədər uzağa getsə” Ukrayna sərhədlərində dayanacağına inanmaq olmaz.

 

İnci
Sfera.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
32
sfera.az

10Mənbələr