“Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq. Onları general Kristofer Kavolinin rəhbərliyi altında alyansın komanda strukturları əlaqələndirəcək”.
NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, ABŞ 6 ay ərzində Ukraynaya əlavə yardımı razılaşdırıb.
Həmçinin NATO-nun bütün ölkələrinin silah tədarük etmədiyini görürük. Əgər bunu könüllü tədarüklərdən Alyans qarşısında öhdəliklərə çevirsək, əlbəttə tədarüklər daha böyük və etibarlı olacaq.
Fərq ondadır ki, o zaman NATO-nun komanda strukturundan və ümumi maliyyəsindən istifadə edəcəyik.